İsrailin baş naziri Benyamin Netanyahu “Hizbullah”la atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib. 

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

"İsrail hələ də bazar ertəsi Livan hökumətinə təhvil verilməsi gözlənilən razılaşmanın bəzi detallarına şübhə edir", - KİV yazıb. 

CNN-in mənbələri bildirirlər ki, bu razılaşma bütün məsələlər həll olunmayana qədər yekun olmayacaq.

Müqavilə İsrail Nazirlər Kabineti tərəfindən də təsdiqlənməlidir.

***09:57

İsrail Livanda atəşkəs razılaşmasını şərti olaraq təsdiqləyib.

"Unikal" xəbər verir ki, bu barədə "Ynet" nəşri bir sıra mənbələrə istinadən məlumat yayıb. 

İsrailin “Hizbullah” şiə hərəkatı ilə müqavilə layihəsi İsrail ordusunun Livanın cənubunu tərk etməli olduğu 60 günlük keçid dövrünü nəzərdə tutur. Bundan sonra Livan ordusunun sərhədə yaxın ərazilərə yerləşdiriləcəyi, "Hizbullah"ın isə ağır silahlarını Litani çayının şimalına daşıyacağı gözlənilir. Təşəbbüsün həyata keçirilməsinə nəzarəti ABŞ-nin rəhbərlik etdiyi komitə həyata keçirməli olacaq.

Gülayə Mecid