Bakıda və Abşeron yarımadasının bəzi yerlərində yağış yağır.

Bu barədə "Unikal"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, noyabrın 26-sı saat 17:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasının bəzi yerlərində, Daşkəsən, Göygöl, Goranboy, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Balakən, Zaqatala, Şəki, Altıağac, Quba, Şabran, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Qusar, Zərdab, Beyləqan, İmişli, Sabirabad, Kürdəmir, Xaçmaz, Ağdam, İsmayıllı, Neftçala, Hacıqabul, Biləsuvar, Yardımlı, Lənkəran, Astarada yağış yağır, Xınalıq, Şahdağda arabir qar yağır.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Şamaxı, Qobustan, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 13, Naxçıvan MR-da 19, Aran rayonlarında 12, dağlıq rayonlarda 5 dərəcəyədək isti qeydə alınıb.

*** 09:42

Azərbaycanda 26 noyabr saat 9:00-a olan məlumata əsasən yağan yağıntılarla əlaqədar respublikanın bəzi çaylarında sululuq artıb.

"Unikal" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Viləşçayda suyun səviyyəsində 20 sm, Təngərüdçayda 11, Lənkərançayda 9, Şərətükçayda 4 sm artıb olub.

Bildirilib ki, Böyük Qafqazın ərazisindən axan Katexçayda və Qarasuçayda 3, Əyriçayda və Qudiyalçayda 2, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda və Gəncəçayda 1, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan Quruçayda 16, Tərtərçayda 1, Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində isə 6 sm artm qeydə alınıb.