FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami Rayon Fövqəladə Hallar və Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsindən azad edilib.

"Unikal" Qaynarinfo-ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb.

Əmrə əsasən, rəis Elmir Quliyev vəzifəsindən azad edilib.

Nazirin digər əmri ilə polkovnik-leytenant Əlfağa Ağayev bu vəzifəyə təyin olunub.