"Müharibə veteranları ilə bağlı müraciətlər olur. Onlar əlillik təyinatı almaq üçün müraciət edirlər. Ola bilər hansısa kompüter, aparat onu göstərə bilmir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə “Dövlət sosial müdafiə fondunun 2025-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Siyavuş Novruzov deyib.

"Əgər qucağında silahla kazarmada yatmamısansa, bunu dərk edə bilməzsən. Beş dil bilə bilərsən, amma yanında döyüş yoldaşının ölməsi ilə keçirilən psixoloji sarsıntını heç kəs bilə bilməz”, -deyə deputat qeyd edib.

Anar Kəlbiyev