28 noyabr 2024-cü il tarixdə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov Milli Məclisin deputatı Bəxtiyar Əliyevlə birlikdə rayonun Birinci Quzanlı qəsəbəsində vətəndaşları qəbul edib.

"Unikal" xəbər verir ki, qəbulda iştirak edən vətəndaşların müraciətləri ayrı-ayrılıqda dinlənilib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılacağı qeyd olunub.