"Biz çox danışırıq ki, güclü ordumuz olmalıdır, bu düzgün gündəmdir, biz bu gündəliyin icrasını davam etdirməliyik, amma mən özümüzdən soruşmaq istəyirəm ki, nə qədər güclü və kimdən güclü ordumuz olsun?"
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 2025-ci il dövlət büdcəsinin yekun müzakirəsi zamanı deyib.
Baş nazir qeyd edib ki, bu məsələdə çox aydın qərar verilməlidir: "Konkret ölkələri misal çəkmək istəmirəm, amma bu suala cavab verməliyik. Biz neçə birləşmiş ordudan daha güclü olmalıyıq? Əgər bizim problemimiz iki ölkədirsə, çox yaxşı, biz bir problem qoya bilərik, düşmən deyilən ölkələrdən daha güclü orduya sahib ola bilərik, amma problemin üç, dörd, beş dövlətdə olduğu ortaya çıxarsa, belə çıxır ki, bizim problemimiz təkcə düşmənlərimizdə deyil, həm də dostlarımızdadır...
Biz ordunun ön planda olmadığı bir təhlükəsizlik sistemi yaradırıq. Yəni dövlətin konkret məsuliyyət zonası, konkret beynəlxalq səviyyədə tanınan ərazisi var və yalnız həmin ərazinin maraqlarına uyğun fəaliyyət göstərir".
Ağarza Elçinoğlu