Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"Unikal" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,26 ABŞ dolları və ya 0,34% artaraq 76,31 ABŞ dollarına bərabər olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76,05 dollar təşkil edib.