Azərbaycanda ölüm neçəyə başa gəlir?
Azərbaycanda ölüm neçəyə başa gəlir?

Qiymətləri öyrənmək üçün şəhərin bir neçə məscid və qəbirstanlıqlarına baş çəkərək, çətinliklə də olsa, bir adamın dəfn xərclərini öyrənə bildik. Belə ki, ölən şəxsin yuyulması məscidlərdə təxminən 50 manata başa gəlir.

Əgər vəfat edənin meyitini bir neçə gün saxlamaq lazım gəlirsə, bunun üçün hər günü 20 manata başa gələn saxlama kamerası da mövcuddur. Mərhumun torpağa tapşırılması məzarlıqlarda yerlərin qiymətləri şəhərə yaxın və uzaq olmasına görə, müxtəlifdir. Ən ucuz yer 200 manatdan başlayır. Qəbirin qazılması üçün isə 150 manat məvacib ödəmək lazımdır. Qəbir daşının qiymətlərinə gəlincə isə...
Sən demə, təkcə qəbirin qazılması üçün 150 manat məvacib ödəmək lazım gəlirmiş. Bu gün qəbristanlıqlarda meyiti bastırmağa yer tapmaq problemi isə ümumiyyətlə deyiləsi deyil.
Dəfn mərasimi təşkil etmək üçün vacib olanlardan biri də nəqliyyat vasitəsidir ki, bunun üçün məsafədən və nəqliyyat vasitəsinin modelindən asılı olaraq 50 manatdan 250 manata qədər pul ödənilir. Yas mərasimlərinin aparıcı qüvvəsi olan mollaların əmək haqqına gəldikdə isə göstərdikləri xidmətə görə, qiymətləri də müxtəlifdir. Cənazə namazının qiymətləri 30-50 manat arasında dəyişir. Üç mərasimini yola vermək üçün dəvət olunan kişi mollasının zəhmət haqqı 100 manatdan başlayır. Qadın mollaların əmək haqqı isə 300 manata qədər dəyişir. Bəzi mollalarsa deyir ki, zəhmət haqqı olaraq, nə qədər pul verilsə, onunla kifayətlənirlər. Qəbir üstə düzməyə qərənfillərin qiymətinə gəlincə isə...
Nəisə... Babalı öz boynuna. Yas mərasimi təşkil olunan zaman qurulan çadırın qiyməti, əgər VİP çadırdırsa 1 günlük 150 nəfərə görə 600 manata başa gəlir, sadə çadırdırsa burada qiymətlər 300 manatdan başlayır. Evlərinin yaxınlığında şəraiti olmayanlar,bunu şəhərdə fəaliyyət göstərən mərasim zallarında da təşkil edirlər ki, bu zallarda da qiymətlər kəllə-çarxa çıxıb.
Bir sözlə... Yaxşı deyiblər, ölün öləndə bilmirsən ölünün dərdini çəkəsən, yoxsa yas mərasimini yola verə biləcəyin məbləği... Hər halda.. Bütün bunları eşitdikdən sonra çətin ki, kiminsə ağlından ölmək keçsin.
Mehdi Əli