Braziliya çempionatında cari mövsümün qalibi müəyyənləşib.
"Unikal" xəbər verir ki, final mərhələsində "Botafoqo" "San Paulo"nu qəbul edib. Rio-de-Janeyroda, "Joao Havelanj Olimpiya Stadionu"nda keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Nəticədə "Botafoqo" xallarının sayını 79-a çatdırıb və “Palmeyras” (73 xal) üçün əlçatmaz olub.
Bununla da komanda 29 il sonra yenidən Braziliya çempionu adını qazanıb. "Botafoqo" buna 1968 və 1995-ci illərdə nail olub.