Haitinin Cite Soleil bölgəsində quldur dəstəsinin törətdiyi qətliamda azı 110 nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Milli İnsan Hüquqlarının Müdafiəsi Şəbəkəsi (RNDDH) məlumat yayıb.

Belə ki, "Mikano" ləqəbli, "Wharf Ceremie" bandasının lideri Monel Feliks, oğlunun xəstəliyinə görə məsuliyyət daşıyan kənd ağsaqqallarını qətlə yetizdirib.  

Məlumata görə, Feliks bir Vudu keşişindən aldığı məsləhətdən sonra ağsaqqalların cadu ilə oğlana zərər verdiyini düşünüb və qətliam əmri verib. Dəstə üzvləri şənbə günü 60, bazar günü isə 50 nəfəri bıçaq və balta ilə öldürüblər. Ölənlərin hamısının 60 yaşdan yuxarı olub. 

Paytaxt Port-au-Prinsin ən yoxsul bölgələrindən biri olan Cite Soleil Haitidə ən təhlükəli yerlərdən biri kimi tanınır.

Dəstənin nəzarətində olan ərazi məlumat mübadiləsini, o cümlədən mobil telefondan istifadəni məhdudlaşdırıb və bu, qırğın xəbərinin yayılmasının qarşısını almağa çalışıb. 

Feliksin oğlu şənbə günü - yəni dekabrın 7-də dünyasını dəyişib.  

Gülayə Mecid