Amerikalı üzgüçü Qretçen Uolş Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən dünya çempionatında tarixi nəticəyə imza atıb.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, idmançı “butterfly” üsulunda 50 metrlik qısa məsafəyə üzmə üzrə yeni dünya rekordu müəyyənləşdirib. O, buna finişə 24,02 saniyə ilə birinci çatmaqla nail olub.
Bundan əvvəlki dünya rekordu 2009-cu ildə isveçli Teresa Alşamaraya ( 24,38 ) məxsus olub.
Qeyd edək ki, Q.Uolş ötən yay Parisdə keçirilmiş Olimpiya Oyunlarında iki qızıl və iki gümüş medal qazanıb.