İsa Qəmbər təklənir
17:52 16-07-2013
İQTİSADİYYAT
İsa Qəmbər təklənir
Zəfər Quliyevdə AXCP mövqeyindən çıxış etdi
Milli Şurada tərəflərin parçalanması an məsələsidir. Belə ki, Milli Şurada Rüstəm İbrahimbəyov vahid namizəd olsada Müsavat başqanı İsa Qəmbərdə bəyan etdi ki, Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınana qədər o da namizəd olaraq qalacaq. Amma qarşı tərəf bunu düzgün addım hesab etmədi və AXCP səviyyəsində Müsavata qarşı basqılar artırıldı.
Buna cavab olaraq isə İsa Qəmbər bəyan etdi ki, kimsə onlara ağıl verməyə çalışmasınlar və Müsavat nə etdiyini çox gözəl bilir. Bu açıqlamadan sonra isə Müsavatın ali məclisi çağırıldı və prezidentliyə namizəd olaraq fəaliyyət göstərməsi üçün bütün hüquqlar İsa Qəmbərə verildi. Qərara əsasən Müsavatın xəbəri belə olmadan İsa Qəmbər istəsə namizəd olaraq qala bilər, istəməsə namizədliyini geri götürə bilər. Amma deyəsən bu qərarla qarşı tərəf sona qədər razılaşmayacaq. "Milli Şuranın öz namizədi, Müsavat Partiyasının isə öz namizədi var. Bu da Milli Şura daxilində müəyyən ziddiyyət yaradır".Bu açıqlamanı Milli Şuranın (MŞ) üzvü, "El" Hərəkatının İdarə Heyətinin sədr müavini Zəfər Quliyev verib.
Onun sözlərinə görə, Milli Şurada seçkiləri boykot etməklə bağlı fərqli mövqelər var: "Mən boykotun tərəfdarı deyiləm və düşünürəm ki, Milli Şura sona qədər demokratik seçki uğrunda mübarizə aparmalı, vahid namizədinin qeydiyyata alınması istiqamətində səy göstərməlidir".
Z. Quliyev hesab edir ki, seçkilərin boykot edilməsi hadisələrin gedişindən asılıdır və bu variant istisna deyil: "Yəni boykot variantı da mümkündür, həmçinin elə bir vəziyyət yarana bilər ki, tək Milli Şuraya daxil olan partiyalar deyil, digər namizədlər də qeydiyyata alınmasa, boykot qaçılmaz ola bilər. Ancaq boykot variantını nəzərdə tutmaq və buna uyğun hərəkət etmək düzgün deyil".
Z. Quliyevin sözlərinə görə, Milli Şuranın ehtiyat namizədin olmasının vacibliyi məntiqli yanaşma deyil: "Çünki Milli Şura məhz vahid namizəd üçün formalaşdırılıb və bütün cəmiyyəti bu namizəd ətrafında birləşməyə çağırır. Bu baxımdan ehtiyat namizəd məsələsi yaransa, faktiki olaraq bu Milli Şuranın bütün fəlsəfəsini, konsepsiyasını pozur və cəmiyyəti çaşdırır".
MŞ üzvü Müsavat Partiyasının seçkilərdə iştirak haqqında qərarının qüvvədə saxlanmasına da münasibət bildirib. O qeyd edib ki, bu, partiyanın daxili işi olsa da, Milli Şurada təmsilçilik baxımından ziddiyyət yaradır: "Müsavat Partiyası bir neçə dəfə namizəd məsələsini qaldırıb. Bu partiyanın daxili işi olduğundan, mən bu qərara hörmətlə yanaşıram. Lakin bu, Milli Şurada müəyyən dərəcədə ziddiyyət yaradır. Müsavat Partiyası Milli Şurada təmsil olunmasaydı, burada heç bir ziddiyyət olmazdı. Yəni ki, partiya seçkilərə kənardan öz namizədi ilə qatılır. Ancaq Müsavat Partiyası Milli Şuranın formalaşmasında aparıcı partiyadır, həm də Milli Şurada təmsil olunur". Bu arada artıq belə qənaət yaranıb ki, əslində Rüstəm İbrahimbəyov və komandası sadəcə olaraq seçkilərin baykot edilməsi variantı üzərində işləyirlər. Çünki ortada olanlar da sübut edir ki, hazırda Milli Şura demək olar ki, seçkilərdə iştirak etməklə bağlı elementar addımlar belə atmırlar.Həmçinin Rüstəm İbrahimbəyovda ölkəyə qayıtmaq haqqında düşünmür. Son günlər həm də sosial şəbəkələrdə baykot çağırışlarının həddindən artıq artması və bu işdə AXCP-in daha çox aktivlik göstərməsi bu fikri ciddiləşdirir.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20