Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi xəbər verib.
“Mülki təyyarələrin uçuşlarının təhlükəsizliyini təmin etmək üçün dekabrın 11-i Moskva vaxtı ilə saat 19:32-dən etibarən Soçi hava limanının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib”, - məlumatda deyilir.
Hava limanı müvəqqəti olaraq uçuşları qəbul etmir və göndərmir.