Kanadanın Ontario əyaləti yeni seçilmiş prezident Donald Trampın Kanada mallarına 25% rüsum tətbiq etmək hədələrinə cavab olaraq ABŞ-yə elektrik enerjisinin verilişini kəsə bilər.
"Unikal" xəbər verir ki, bu barədə CBC kanalı vilayətin baş naziri Daq Forda istinadən məlumat yayıb.
“Əgər bu çox uzağa getsə, ən ekstremal tədbirləri görəcəyik. Biz o yerə çatacağıq ki, ABŞ-ın enerji təchizatını kəsəcəyik”, - Ford deyib.