PSJ-nin prezidenti Nasser Əl-Xelayfi Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda “Zalsburq”la oyundan (3:0) sonra komandanın baş məşqçisi Luis Enrike haqda danışıb.

"Unikal" xəbər verir ki, o, mütəxəssisə dəstək olub: "Luis Enrike bizimlə qalacaq. Onunla uzunmüddətli layihə qururuq. Enrike bunu bilir. Dünyanın ən yaxşı məşqçisi bizdədir.

“Zalsburq”la matç çox vacib idi. Hətta demək olar ki, bu matç Çempionlar Liqasında oynamağa davam etmək baxımından həlledici idi. Biz yaxşı oynadıq, qollar vurduq. Bu, gələcəyə böyük inam yaradacaq”.