"Fiorentina"nın yarımmüdafiəçisi Edoardo Bove xəstəxanada müalicəsi başa çatıb.

"Unikal" xəbər verir ki, o, evə buraxılıb. 22 yaşlı futbolçu müalicəsini evdə davam etdirəcək.

Qeye edək ki, yarımmüdafiəçinin dekabrın 1-də "İnter"lə oyunda ürəyi dayanmışdı. O, daha sonra defibrilator taxdırmaq üçün əməliyyat olunub.

Futbolçu defibrilatorun implantasiyasından 6 ay vaxt keçməyincə oynaya bilməyəcək.