Türkiyənin "Sivasspor" komandası baş məşqçisi Bülənt Uyğunla yollarını ayırıb.

"Unikal" xəbər verir ki, uğursuz nəticələrə görə mütəxəssisin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

"Sivasspor" Bülənt Uyğunun rəhbərliyi altında bu mövsüm XVI turdan sonra topladığı 18 xalla 12-ci pillədə qərarlaşıb.