İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu, bu ölkənin ən varlı adamlarından biri İsak Andik Kataloniya muxtariyyətində dağlıq ərazidə dünyasını dəyişib.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, 71 yaşlı iş adamı Kolbato bələdiyyəsində dərəyə yıxılaraq ölüb.
Məlumata görə, hadisə onun ailəsi ilə ekskursiyada olduğu zaman baş verib. 150 metr hündürlükdən yıxılan Andik həyatını itirib.
Şirkət mətbuata açıqlamasında ölüm faktını təsdiqləyib.