Rusiya xizəkçisi, dördqat Olimpiya çempionu Raisa Smetanina insult keçirib və reanimasiyadadır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Komi Respublikasının (Rusiya) Xizək Yarışları Federasiyasının rəhbəri Konstantin Sobyanin məlumat verib.
"O, təxminən bir həftə əvvəl insult keçirib, indi xəstəxanada reanimasiyadadır. Həkimlər heç nə demirlər. Biz onun sağalması üçün dua edirik", - deyə Sobyanin bildirib.
Qeyd edək ki, 72 yaşlı Smetanina dünya çempionatlarında da bir neçə medal qazanıb.