Türkiyə Suriyaya humanitar yardım göndərib.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, terrordan xilas edilən Tel-Rıfat bölgəsində yaşayan 625 ailəyə ərzaq bağlamaları çatdırılıb.

Qeyd olunub ki, Türkiyə suriyalıların təhlükəsiz və ləyaqətli şəkildə ölkələrinə qayıdışına da kömək edəcək.