"Real Madrid"in türkiyəli yarımmüdafiəçisi Arda Gülər ​​İspaniya çempionatında "Rayo Valyekano" ilə matçda iki məhsuldar ötürmə edib. 

"Unikal" xəbər verir ki, 19 yaşlı türk futbolçunun səyləri “Kral klubu”nun qələbə qazanmasına kömək etməsə də, o, 3:3 hesablı heç-heçə ilə başa çatan görüşdə rekord müəllifi olub.

"Opta"-nın məlumatına görə, Arda "Real Madrid"in 21-ci əsrdə belə göstəriciyə imza atan ən gənc oyunçusu olub. Matçın keçirildiyi vaxt yarımmüdafiəçi 19 yaş 293 günlük olub.