Avropa İttifaqı nəhayət ki, 15-ci anti-Rusiya sanksiyalar paketini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ Şurasının yaydığı bəyanatda deyilir.
Bəyanatda deyilir ki, “bu gün Aİ Şurası Rusiyaya qarşı xüsusi hərbi əməliyyatla bağlı 15-ci iqtisadi və fərdi məhdudlaşdırıcı tədbirlər paketini” qəbul edib.
Yeni sanksiyalar paketi çərçivəsində enerji ehtiyatlarının daşınmasında istifadə olunan “kölgə donanması” adlanan məhdudiyyətlər tətbiq edilir.