Kimdə qüsur çoxdu, kimdə az...
20:38 17-07-2013
İQTİSADİYYAT
Kimdə qüsur çoxdu, kimdə az...
Azərbaycan Televiziyası: teleməkanda orijinal, peşəkar və kreativ efirin örnəyi
İnsan xilqəti etibarilə elə bir varlıqdır ki, çox vaxt eşitdiyinə, oxuduğuna deyil, məhz gördüyünə inanır. Təbliğat və təşviqat vasitələri içərisində vizual effektin şəriksiz liderliyi tək müasir informasiya texnologiyalarının inkişafı ilə bağlı məsələ olmayıb, eyni zamanda ideoloji işin çox zabitəli və qüvvətli bir instrumentinə çevrilmişdir.
Azərbaycanın orta statistik tamaşaçısının yeganə mövcud televiziyanın istehsal etdiyi məhsulları izləməyə məhkum olduğu dövr keçmişdə qalıb. Müstəqillik, demokratiya, vətəndaş cəmiyyəti institutlarının formalaşması, ictimai həyatın, cəmiyyətin sosial-siyasi seqmentlərinin təşəkkülü ümumbəşəri nemət olan söz və mətbuat azadlığının bərqərar olmasına, çap və elektron media vasitələri şəbəkəsinin az qala həndəsi silsilə ilə artmasına münbit zəmin yaratmışdır. Belə bir kəmiyyət marafonu isə, heç şübhəsiz, neqativlərsiz ötüşməmişdir; bütün qınaq, məzəmmət, tənqid və təhnizlərin tək ünvanı fəaliyyətlərin ən vacib parametri sayılan keyfiyyət və peşəkarlıq olmuşdur.
Günümüzün vazkeçilməz reallıqlarından biri də odur ki, ictimai fikrə təsir imkanları baxımından televiziya və radio digər kütləvi informasiya vasitələrindən daha üstün mövqeyə malikdir. Onlar hər evə, ailəyə daxil olaraq gündəlik həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişlər. Belə bir status cəmiyyətdə milli-mənəvi dəyərlərin, insanların etik-estetik və əxlaqi görüşlərinin formalaşmasında efirin oynadığı müstəsna rolu bariz şəkildə görüntüləyir. Deməli, ictimaiyyət efirdən tələb etməkdə haqlıdır.Bəs əvəzində biz nə görürük?
Əslində, inkişafın, fikir və zövq plüralizminin, sənətkarlıq imkanlarının nümayişinin bir kürsüsü olan telekanalların kəmiyyət dinamikası heç vəchlə keyfiyyətlə bağlı haqlı gözləntiləri doğrultmur. Heç şübhəsiz, yaradıcılıq nöqteyi-nəzərindən efir "setka"sını yalnız keyfiyyətli "əmtəə" ilə doldurmaq perspektivsiz bir gözlənti olsa da, ortada bunun artıq xroniki iş təcrübəsinə çevrilməsi ilə bağlı təlaş və təcrübə də var. Birincilik "palma"sının konkret olaraq hansı telekanalın "bəxtinə" düşdüyünü söyləməyə çətinlik çəksək də (bu meydanda "rəqabət" güclüdür - X.N.), ATV, "Space", "Lider", ANS və "Xəzər"in bəzi verilişləri özünün ideya-bədii və bədii-estetik məziyyətlərinə görə izləyici auditoriyasının rəğbətini bölüşmür. Bir qədər də irəliyə gedərək deyək ki, bu telekanaılların yayımladığı bəzi şou-proqramlar geniş ictimaiyyət tərəfindən haqlı narazılıqla qarşılanır. İnsanlar dincəlmək, əylənmək məqsədilə mavi ekranın qarşısına keçirlər. Ancaq əfsuslar olsun ki, ekranlardan evimizə bayağı, şit, bəzən isə ikrah doğuracaq qədər səviyyəsiz verilişlər ayaq açıb yeriyir. Ona görə də bu məsələdə seyrçilərin hüquqları nəzərə alınmalı, ictimai qınaq mexanizmləri formalaşdırılmalıdır. Bəli, seçim imkanı var. Kabel və peyk televiziyası ilə istədiyin kanalı izləyə bilərsən. Lakin onlar nə qədər keyfiyyəli, peşəkar səviyyədə hazırlanmış məhsul təqdim etsələr də, biz zövq mədəniyyətimizin formalaşmasında, gənc nəslin tərbiyəsində aparıcı mövqenin məhz milli televiziyalarımıza məxsus olmasını istəyirik və bu bir ümummilli mənafe, mənəviyyat məsələsi olduğuna görə onlardan umuruq, tələb edirik.
Təəssüflə xatırladaq ki, bu gün Azərbaycan telekanallarının efir "zənbili"ndəki bir çox proqramlar da məhz rusiyalı, türkiyəli həmkarlarının istehsal etdikləri məhsulun keyfiyyətsiz "kontrafakt"ından, zəif və naşı təqlidindən başqa bir şey deyildir. Elmi-kütləvi proqramlar həkim məsləhətləri və falçı məclisləri ilə, maarifçilik funksiyası aşpaz və "asudə vaxtlarında" müğənniliklə məşğul olanların mətbəx "fərasətlərinin" təbliği ilə əvəz olunub. Yaş təbəqələrinin, müxtəlif zümrə və qrupların maraq dünyası "yaddan çıxıb". Ciddi problemləri təhlil və mükalimə müstəvisinə çəkən tok-şoular yox dərəcəsindədir.
Xalid NİYAZOV
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40