Kanadada ciddi siyasi böhran yaranır və bu, hazırkı baş nazir Castin Trüdonun vəzifəsini itirməsinə səbəb ola bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, səbəb Donald Trampın ABŞ-yə idxal edilən bütün Kanada mallarına 25 faizlik gömrük rüsumunun tətbiqi ilə bağlı vədləri olub.
Bu, Kanada hökumətində parçalanmaya səbəb olub. Trüdo ilə münaqişəyə görə maliyyə naziri artıq istefa verib. Onun ardınca Nazirlər Kabinetinin daha bir üzvü istefa verib. Parlamentdə isə artıq baş nazirin özünə etimadsızlıq votumu irəli sürməyə çağırışlar səslənir.
Daha əvvəl Kanada mətbuatı mənbələrə istinadən yazmışdı ki, Trüdon yaxın vaxtlarda istefa verə bilər və bu məsələ ilə bağlı parlamentdə çıxış etməyə hazırdır.
Gülayə Mecid