Almaniyanın Saksoniya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində naməlum şəxs idarə etdiyi avtomobili Milad yarmarkasında izdihamın üzərinə sürüb.
"Unikal" xəbər verir ki, nəticədə 11 nəfər ölüb, 60 nəfər yaralanıb.
Hadisəni törədən şəxs saxlanılıb. Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. Əyalət polisi hadisə ilə bağlı rəsmi məlumat verməyib. Milad yarmarkasının rəhbəri insanları şəhər mərkəzini tərk etməyə çağırıb.