Müxalifətin ABŞ sərgüzəştləri
19:31 18-07-2013
İQTİSADİYYAT
Müxalifətin ABŞ sərgüzəştləri
Bu adi dinləmələrdən biri idi
ABŞ-da nəzərdə tutulan dinləmələr nəhayət ki, baş tutdu. Bir neçə gün öncəyə qədər müxalifət düşərgəsində az qala belə rəy yaradılmışdı ki, ABŞ-da bu dinləmələr məhz Milli Şuranın yaradılmasına görədir və bununla ABŞ Milli Şuraya açıq dəstəyini verir. Hətta Rüstəm İbrahimbəyov bir azda uzağa gedərək bəyan etmişdi ki, keçirtdiyi görüşlər artıq səmərə verir və bunun məntiqi davamı olaraq müxalifət ABŞ-a çağrılıb.
Bunu da qeyd edək ki, son 2 ay ərzində Rüstəm İbrahimbəyov ABŞ-da və Avropada görüşlər keçirtsədə heç bir nəticə əldə edə bilmədi. Nəticədə yenidən Rusiyaya gələrək orda özünə dayaqlar axtardı. İndi isə qayıdaq ABŞ-dakı dinləmələrə. “Unikal”a açıqlama verən millət vəkili Zahid Oruc bildirdi ki, əslində bu görüşü müxalifət süni şəkildə bu qədər qabartdı ki, seçki öncəsi Milli Şuranın çəkisini artırsınlar. Əslinə baxanda isə ortada heç nə yoxdur və bir dinləmə ilə bir ölkənin siyasi düzəni dəyişməz. Həmçinin belə dinləmələr hər zaman seçkilərdən öncə keçirilir və buda növbəti dinləmələrdən biri idi. Məlum toplantıda iştirak edən şəxslərdə Zahid Orucla eyni fikirdədirlər. “ABŞ Helsinki Komissiyasında keçirilən brifinqi normal dəyərləndirirəm. Bu brifinqin əsas məqsədi tərəfdaş olan iki ölkənin öz aralarında mövcud münasibətləri inkişaf etdirməkdə maraqlı olduqlarını ifadə etmək idi”. Bu açıqlamanı ABŞ Helsinki Komissiyasında Azərbaycanla bağlı brifinqdə iştirak etmiş Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin üzvü Asim Mollazadə verib. Millət vəkili brifinqdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinin demokratik əsaslarda keçirilməsi ilə bağlı Birləşmiş Ştatların mövqeyi ifadə olunduğunu deyib: “Brifinqdə ABŞ dövlət katibinin demokratiya və insan hüquqları məsələləri üzrə müavininin köməkçisi Thomas Melia, Milli Demokratiya Fondunun Rusiya və Avrasiya üzrə direktoru Miriam Lanskoy iştirak edirdi. Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov brifinqdə çıxış etdi. Bundan başqa Eldar Namazov və Erkin Qədirli brifinqdə öz mövqelərini çatdırdılar. Müxtəlif məsələlər müzakirə olundu, tənqidi xarakterli məlumatlar səsləndi, Azərbaycan rəsmiləri bu fikirlərə münasibət bildirdilər. Hesab edirəm ki, bu cür brifinqlər normal hal daşıyır. Mənə elə gəlir ki, belə brifinqlərdə iştirak etmək, fikir mübadiləsi aparmaq Amerika cəmiyyətinin, Amerika siyasətçilərinin bölgə barəsində məlumatlarını artırır”.
Asim Mollazadə brifinqdə ABŞ təmsilçilərinin çıxışlarına da münasibət bildirib: “Bu çıxışları da normal dəyərləndirirəm. Onlar Azərbaycanın qeyri-hökumət təşkilatlarından aldıqları məlumatlar əsasında öz fikirlərini ifadə edirdilər. Bu cür müzakirələr hər zaman bölgə haqqında bilikləri artırmağa, məlumatlandırmağa xidmət edir”.
Millət vəkili brifinqin keçirildiyi Helsinki Komissiyasının Konqresin müvafiq komissiyası olduğunu deyib: “Komissiyaya həm Senatdan, həm Nümayəndələr Palatasından üzvlər daxildir. Brifinqdə Senatın və Nümayəndələr Palatasının üzvləri iştirak etmirdi. Sadəcə Konqres Aparatının nümayəndələri, üzvləri qatılmışdı. Bu komissiya ABŞ Konqresində Helsinki sazişindən sonra ATƏT-in sənədlərinin hər bir üzv ölkədə necə yerinə yetirildiyini monitorinq edən bir qurumdur”.
Asim Mollazadə brifinqdə müxtəlif mövzulara toxunulduğunu deyib: “Brifinqdə Ermənistanın Azərbaycana qarşı təcavüzü, bir milyona yaxın qaçqın və məcburi köçkünün taleyi, Dağlıq Qarabağda azərbaycanlılara qarşı aparılan etnik təmizləmələr, Moldova ombudsmanı Aureliya Qriqoriunun İrəvanda üzləşdiyi problemlər və sair bu cür məsələlər səfir Elin Süleymanov və Səməd Seyidov tərəfindən qaldırıldı. Mənim də sual vermək imkanım oldu, bölgədə mövcud olan problemlərlə bağlı sual verdim. Bu sualım cənab Tomas Meliaya ünvanlanmışdı. O da prinsip olaraq mənim narahatlığımı bölüşdü və qeyd etdi ki, bölgədə xarici təzyiqlər heç kimə xeyir gətirməyəcək”.
Millət vəkili keçirilən tədbirin dinləmələr kimi təqdim olunmasının yanlış olduğunu qeyd edib: “Bu dinləmələr deyil, brifinq idi. Bu ifadələr arasında fərq var. Dinləmələr senatorlar tərəfindən həyata keçirilir. Brifinq isə Konqres aparatı üçün məlumatlandırma sessiyası xarakteri daşıyır”. Beləliklə hesab etmək olar ki, ABŞ-da keçirilən bu dinləmələr heç bir şəkildə Milli Şuaraya dəstək və ya Milli Şuranın önəmli bir təşkilat olaraq qəbul edilməsi konteksində başa düşülməməlidir. Bunu da qeyd edək ki, bir neçə il öncə İctimai Palatada yarananda belə rəy formalaşdırılmışdı ki, İctimai Palata Avropanın dəstəyi ilə yaranıb. Bir neçə dəfə bəzi ölkələrin Azərbaycandakı səfirlərinin İctimai Palata üzvləri ilə görüşməsini isə az qala müxalifətin qələbəsi kimi yorumladılar. Amma nəticə göz qabağındadır.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20
2024-12-25 09:07:43
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40