Qazaxıstanın ərazisində Azərbaycanın AZAL Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan təyyarənin qəzaya uğramasından sonra hadisə yerinə Təcili Yardım Xidmətinin 22 və Fövqəladə Hallar üzrə Tibb Mərkəzinin 6 briqadası cəlb olunub.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstanın Səhiyyə Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, bu məqsədlə Tibb Mərkəzinin cərrahiyyə, travmotologiya və reanimasiya şöbələrində 40 çarpayı ayrılıb. Eyni zamanda mobil briqadalar daha 14 nəfəri xəstəxanaya çatdırıb. Onların da beşinin vəziyyətinin ağır olduğu və reanimasiyaya yerləşdirildiyi bildirilib.

11 yaşlı uşaq və 16 yaşlı yeniyetmə isə Uşaq Xəstəxanasına aparılıb.

*** 11:37

Göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

AZAL-dan "Unikal"a bildirilib ki, sərnişinlər arasında uşaqlar olmayıb, zərərçəkənlər barədə məlumat tezliklə təqdim ediləcək. Məlumata görə sağ qalanlar var, onlara ilkin tibbi yardım göstərilir.

Qazaxıstan tərəfi ilə təmaslar həyata keçirilir və hadisə yerində Qazaxıstanın fövqəladə xilasetmə qurumları tərəfindən lazımi operativ zəruri dəstək göstərilir.

***

11:28

Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə 12 nəfər sağ qalıb.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstanının səhiyyə naziri Əkmaral Əlnəzərova deyib:

"Təyyarə qəzası yerindən müxtəlif dərəcəli bədən xəsarətləri alan 12 nəfər (onlardan biri uşaqdır) Aktaudakı Mangistau Regional Xəstəxanasına çatdırılıb. Vəziyyətlərinin ağır olduğu bildirilir. Təyyarədə ekipaj üzvləri də daxil olmaqla 67 nəfər olub. Hadisə yerində 14 təcili yardım briqadası var". 

Gülayə Mecid