Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Tibb Xidməti yaradılıb.
"Unikal" xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin birinci müavininin “Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanında əksini tapıb.
Fərmana əsasən, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin, Mühafizə Taborununun və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsinin tibb xidməti sahəsində fəaliyyət göstərən struktur bölmələrinin əsasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Tibb Xidməti yaradılıb.