“Hadisə yerində olduq, xəstəxanada yaralılara baş çəkdik. Reanimasiyada olan üç nəfərdən başqa hamısı yaxşıdır”.
"Unikal" report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.
Nazir bildirib ki, həlak olanların şəxsiyyətləri tam məlum olduqdan sonra Azərbaycan gətiriləcək: “Xəsarət alanları hazırda ölkəyə gətirmək mümkündür. Lakin həkimlərin məsləhətinə görə, onların psixoloji vəziyyəti nəzərə alınaraq yüngül xəsarət alanlar yaxın günlərdə, bəlkə də sabah, ya da o biri gün Vətənə gətiriləcək”.
Qeyd edək ki, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və fövqəladə nallar naziri Kəmaləddin Heydərov Qazaxıstanda qəzaya uğrayan təyyarədən sağ çıxan və yaralanan Azərbaycan vətəndaşlarına baş çəkiblər. Nazirlər Qazaxıstan xəstəxanalarında müalicə alan yaralıların səhhəti ilə maraqlanıblar.
Azərbaycan rəsmiləri sərnişinlərdən təyyarədə yaranmış fövqəladə vəziyyət və qəzanın səbəbləri ilə bağlı suallar soruşub, onların ifadələrini dinləyib.