Yaponiya Hava Yolları (JAL) kütləvi kiberhücuma məruz qalıb.

"Unikal" xəbər verir ki, şirkətin yaydığı məlumatda hücumun yerli vaxtla 07.24-də (Bakı vaxtı ilə 01.24) başladığı bildirilir.

Qeyd olunur ki, kiberhücum nəticəsində problemlər ortaya çıxıb. Hadisə həm yerli, həm də beynəlxalq uçuşlara təsir edib. Lakin hələlik reyslərin təxirə salınması planlaşdırılmır.