“Qazaxıstanın qərbində bir çox insanın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Rusiya vətəndaşlarının həyatına son qoyan təyyarə qəzası xəbəri BMT-nin Baş katibi Antoniu Quterreşi dərindən kədərləndirib”.

"Unikal" xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsünün müavini Stefani Trembleyin AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən təyyarəsinin Aktauda qəzaya uğraması ilə əlaqədar bəyanatında deyilir.

Bildirilir ki, Baş katib həlak olanların ailələrinə və zərər çəkmiş ölkələrə dərin hüznlə başsağlığı verir. “Baş katib həmçinin, bu faciəvi hadisədə yaralananların tez və tam şəkildə sağalmasını arzulayır”,- deyə bəyanatda qeyd edilir.