Azərbaycan Respublikası Dövlət Mülki Aviasiya Agentliyinin, eləcə də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) nümayəndələri Qazaxıstana gedib.

"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı yazıb. 

"İstintaq mərhələsi çərçivəsində Nəqliyyatda Qəzaların və İnsidentlərin Araşdırılması Departamentinin əməkdaşları aviasiya hadisəsi yerində işləyirlər. İşlər Azərbaycanın aviasiya hakimiyyət orqanları ilə əməkdaşlıq çərçivəsində aparılır", - məlumatda deyilir. 

Həmçinin, “Embraer” təyyarə istehsalı şirkətinin və CENIPA-nın (Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzi) nümayəndələri də Qazaxıstana uçurlar.

Ağarza Elçinoğlu