Rusiyanın cənubundakı Krasnodar vilayətinin hakimiyyət orqanları çərşənbə günü bütün regionda fövqəladə vəziyyət elan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, on gün əvvəl fırtınada iki köhnə tanker zədələndikdən sonra sahilə çıxan neft hələ də təmizlənə bilmədiyi üçün belə qərar verilib.

Krasnodar qubernatoru Veniamin Kondratiyev bildirib ki, Anapa və Temryuk bölgələrində çirklənmə davam edir və vəziyyətin şiddəti artmaqdadır.

Dekabrın 15-də baş verən tufan iki tankerdən birinin yarıya bölünməsinə, digərinin isə quruya çıxmasına səbəb olub. Yay aylarında məşhur istirahət məkanı olan Anapada sızan neft çimərlikləri bürüyüb. 

Səlahiyyətlilər çirklənmənin dəniz quşlarına, delfinlərə və morjlara ciddi təsir etdiyini bildiriblər. Təmizlik işlərinə 10 mindən çox adam qatılıb. Lakin sahilə yuyulan neftin miqdarı gözləniləndən çox olduğu üçün proses uzun çəkib.

Kondratyev bəyan edib ki, ekspertlərin ilkin hesablamalarına görə, neftin böyük hissəsi Qara dənizin dibində qalacaq və oradan toplana bilər.

Gülayə Mecid