Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyanın ABŞ-dəki yeni səfirinin Vaşinqtona getməsi ilə bağlı yayılan məlumatları saxta adlandırıb.

"Unikal" xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində bildirib. 

Diplomat vurğulayıb ki, media Rusiya Federasiyasının ABŞ-dəki yeni səfiri Aleksandr Darçiyev Şimali Amerika departamentinin direktoru vəzifəsini davam etdirir və Moskvada iş  başındadır.

"Saxtalara inanmayın", - deyə Zaxarova ifadə edib. 

Qeyd edək ki, Anatoli Antonov bu ilin oktyabrında Rusiya prezidenti Vladimir Putinin fərmanı ilə Rusiyanın Vaşinqtondakı diplomatik missiyasının rəhbəri vəzifəsindən azad edilib.

Gülayə Mecid