Mozambikin paytaxtı Maputo şəhərinin ətrafında məhbusların böyük bir qrupu ciddi rejimli həbsxanadan qaçıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, cinayətkarlar mühafizəçiləri üstələyib onların silahlarını götürüblər. Qaçış Mozambikdə 2024-cü ilin oktyabrında seçkinin ilkin nəticələrinin elan edilməsindən sonra müxalifətin etirazları fonunda baş verib. İlkin məlumatlara görə, məhbuslara küçə iğtişaşlarına görə saxlanılan şəxslər kömək ediblər.
Qaçan cinayətkarların dəqiq sayı məlum deyil, lakin onların arasında hələ də əlində qandallı şəkildə Maputonun ətrafında gəzən bir neçə nəfər var.
Over 6,000 prisoners have escaped from a maximum security prison in Maputo, Mozambique.
— Africa Facts Zone (@AfricaFactsZone) December 25, 2024
They reportedly overpowered the prison guards and seized their AK-47 rifles. pic.twitter.com/V4pQ2w9xMv