Moskva sakinləri Qazaxıstanın Aktau şəhərində baş vermiş təyyarə qəzasında həlak olanların xatirəsinə Azərbaycan səfirliyinə gül dəstələri gətirirlər.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat dərc edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar dekabrın 26-nı matəm günü elan edib.
Dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
Gülayə Mecid