Suriya Müdafiə Nazirliyi Bəşər Əsədə sadiq qüvvələrin təslim olması və onların tərksilah edilməsi üçün dörd gün vaxt verib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Suriya Müdafiə Nazirliyi Əsəd rejiminə sadiq qüvvələrin Tartusda polis zabitlərinə hücumunu xüsusilə qeyd edərək, bu insanların təslim olması və tərksilah edilməsi üçün dörd günlük müddət təyin edilməsini vurğulayıb.

Suriyanın Keçid Hökumətinin Daxili İşlər Nazirliyi Tartus şəhərinin kənarında devrilmiş Əsəd rejiminə sadiq qüvvələrin hücumu nəticəsində ölkənin 14 polis qüvvəsinin öldürüldüyünü, 10 nəfərinin isə yaralandığını açıqlayıb.

Ağarza Elçinoğlu