Rusiyanın “Azimut” və “Red Wings” aviaşirkətlərinin Batumi Beynəlxalq Hava Limanından Moskva və Jukovskiyə reysləri təxirə salınıb. Həmin istiqamətlərdə uçuşların başqa vaxta keçiriləcəyi bildirilir.

"Unikal" xəbər verir ki, bu barədə Batumi Beynəlxalq Hava Limanı məlumat yayıb.

Bildirilir ki, “Azimut” Hava Yollarına məxsus Batumi-Moskva reysi yerli vaxtla saat 15:40-da Batumidən uçmalı idi. Lakin təyyarənin uçuş xəttinə çıxmasına bir neçə dəqiqə qalmış uçuş ləğv olunub, sərnişinlər təyyarədən çıxarılıblar.

Bildirilir ki, hava şəraiti ilə əlaqədar təyyarə reysi saat 21:00-da həyata keçiriləcək.

Bundan əlavə, “Red Wings” aviaşirkətinin uçuş vaxtı da dəyişib. Batumi-Jukovski reysi saat 22:20 əvəzinə 2 saat 34 dəqiqə gecikmə ilə həyata keçiriləcək.

XXX

17:25

Batumidən Moskvaya uçmalı olan “Azimut” aviaşirkətinə məxsus “Sukhoi Superjet 100” (SSJ 100) təyyarəsi havaya qalxa bilməyib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Məlumata görə, təyyarə havaya qalxmazdan əvvəl sürət yığdıqdan sonra dayanıb. Bundan sonra sərnişinlərdən əşyaları ilə birlikdə təyyarəni tərk etmələri istənilib. Lakin onlara baş verənlərin səbəbləri izah edilməyib.

"Səbəb barədə məlumat verilməyib, indi bütün sərnişinlər terminal binasındadır, əlavə məlumat gözləyirik", - sərnişinlərdən biri açıqlayıb.

Ağarza Elçinoğlu