İrana Avrasiya İqtisadi İttifaqında (Aİİ) müşahidəçi dövlət statusu verilib.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə qərar assosiasiyanın sammitində qəbul edilib.

İranla yanaşı Aİİ-də müşahidəçi ölkələr arasında Kuba və Özbəkistan da var.

Xatırladaq ki, Avrasiya "beşliyi"nə isə Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.