Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin Azərbaycanın Astanadakı səfirliyində olub və Aktauda baş vermiş təyyarə qəzasında həlak olanların ailələrinə və yaxınlarına dəstək olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Rusiya diplomatik missiyasının rəhbəri Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanova başsağlığı verib.
“Dekabrın 25-də “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması Rusiya, Azərbaycan, Qazaxıstan və göyərtəsində vətəndaşları olan və həlak olan digər ölkələr üçün böyük faciədir. Bu, hamımız üçün böyük kədərdir. Biz hiss edirik ki, Qazaxıstandakı insanlar bu vəziyyətdən nə qədər narahatdırlar, onlar səfirliklərimizin qapısına gəlib öz dəstəklərini bildirirlər, Aktauda xəstəxanalarda olanlar üçün qan verirlər”, - Aleksey Borodavkin bildirib.
Rusiya səfiri qeyd edib ki, “Qazaxıstan hakimiyyətinin yardım göstərmək və bu hadisənin araşdırılması üçün operativ hərəkətləri xüsusi təşəkkürə layiqdir”.