Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev Aktauda qəzaya uğramış AZAL-a məxsus təyyarənin naməlum sərnişini ilə bağlı təfərrüatları paylaşıb.
"Unikal" xəbər verir ki, Mangistau vilayətində keçirdiyi brifinqdə Bozumbayev hazırda Aktau xəstəxanasında 6 yaralının olduğunu bildirib.
“Onlardan 3-ü Qırğızıstan, 3-ü isə Azərbaycan vətəndaşıdır. Bu gün daha əvvəl şəxsiyyəti müəyyən edilə bilməyən qadının şəxsiyyəti müəyyən edilib. Onun 20 yaşı var. Ümid edək ki, tezliklə sağalacaq”, - o söyləyib.