Rusiyadan Ermənistana xəbərdarlıq
19:58 19-07-2013
İQTİSADİYYAT
Rusiyadan Ermənistana xəbərdarlıq
Ermənilər isə artıq Rusiyaya inanmır
Son günlər Ermənistanla Rusiya arasında maraqlı proseslər gedir. Strateji müttəfiq olan bu ölkələr hazırda qarşılıqlı ittihamlara keçiblər. Belə ki, bir müddət öncə Ermənistanda Rusiya əleyhinə ciddi çağırışlar səsləndirildi.Rusiya Azərbaycana silah satmaqda ittiham edildi və erməni analitikləri bildirdilər ki, Rusiyaya Ermənistan sona qədər inanmamalıdır.
Çünki hazırda Azərbaycan ordusunda əsas yük Rusiya silahlarındadır və hər il bu daha da artır. Rusiya prezidenti Vladimir Putində bəyan etmişdi ki, Azərbaycan Rusiyadan silah almağına görə beşinci yerdədir və bu belə də davam edəcək. Ermənistan isə bununla razılaşmaq niyyətində deyil. Vəziyyətin belə olduğu məqamda başqa bir səbəbdən iki ölkə münasibətləri bir azda gərginləşdi. Nəticədə Rusiyanın Ermənistandakı səfirliyi Moskvanın Podolsk rayonunda 18 nəfərin ölümünə səbəb olan yol qəzasından Ermənistanda Rusiya əleyhinə münasibət formalaşdırılması üçün istifadə olunması ilə bağlı bəyanat yayıb. "Novosti-Armeniya" agentliyinin yaydığı bəyanatda deyilir ki, səfirlik böyük insan faciəsindən dar siyasi məqsədlər və Rusiya-Ermənistan münasibətlərinin pozulması üçün istifadə olunmasına xidmət edən hərəkətləri yersiz sayır. "Podolsk yaxınlığındakı faciə milli rəng daşımır. O, hərtərəfli, dərindən, tərəfsiz və emosiya olmadan araşdırılacaq", - deyə bəyanatda bildirilir.
Xatırladaq ki, ötən şənbə yük maşını 64 sərnişin daşıyan avtobusa çırpılıb. Rusiya Federasiyası FHN-in məlumatına görə, qəza nəticəsində 63 adam xəsarət alıb və onlardan 18-i dünyasını dəyişib. Bazar ertəsi Moskvanın Tver məhkəməsi "KamAZ"ın sürücüsü, Ermənistan vətəndaşı Qraçya Arutunyanın həbsi barədə qərar çıxarıb. Məhkəmənin qərarı ilə Qraçya Arutunyan barəsində sentyabrın 13-dək həbs-qətimkan tədbiri seçilib.
Ermənistanın ombudsmanı Karen Andreasyan Rusiyanın insan hüquqları üzrə müvəkkili Vladimir Lukinə məktub yollayaraq, Qraçya Arutunyana qarşı alçaldıcı davranışın səbəblərini araşdırmağı xahiş edib.
Qəzadan sonra 46 yaşlı Ermənistan vətəndaşı Qraçya Arutunyan Botkin xəstəxanasına yerləşdirilib. Onu oradan məhkəmə qadın xələtində aparıblar. Çünki, Arutunyanın başqa paltarı olmayıb, üzərindəki geyimi isə həkimlər qəzadan sonra kəsməli olublar.
Qeyd edək ki, Qraçya Arutunyan son bir il ərzində yol hərəkəti qaydalarını pozduğuna görə yeddi dəfə cərimə olunub. Bu qanun pozuntuları arasında qarşı hərəkət zolağına çıxmaqla ötmə, birtərəfli yolda əks istiqamətdə hərəkət, nəqliyyatın hərəkətinə qəsdən mane olma, eləcə də, nasaz nəqliyyat vasitəsinin idarə edilməsi də var.
Rusiya DİN-in Moskva Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, Qraçya Arutunyan sürücülük vəsiqəsini Rusiyada yox, Ermənistanda alıb. "KamAZ" isə tranzit nömrə ilə idarə edilib.
Bunu da qeyd edək ki, hazırda Ermənistan hakimiyyəti istənilən yolla həmin şəxsin Ermənistana qaytarılmasına çalışır. Çünki məlum erməninin aşağılanması Ermənistanda erməni hökümətinin iradəsizliyi kimi qəbul olunur. Hətta artıq İlham Əliyevin Ramil Səfərovu Azərbaycana gətizdirməyə və azad etməyə nail olması ilə və erməninin əyninə qadın xalatı geyindirilməsi müqayisə edilir və xalatın əslində Serj Sarksyana geyindirildiyi iddiasını belə səsləndirirlər.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20