Cəlilabad rayonunda 58 yaşlı kişi həkim tərəfindən döyüldüyünü iddia edir.
"Unikal"ın məlumatına görə, hadisə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasında baş verib.
Belə ki, rayon sakini, 1966-cı il təvəllüdlü Füzuli İmanov 5 və 7 yaşlı nəvələrinin halı pisləşdiyi üçün xəstəxanaya aparıb. Uşaqlardan birinin səhhətinin ağırlaşdığını görən baba həkimdən kömək istəyərkən müqavimətlə üzləşib. Füzuli İmanovun iddiasına görə, həkim tərəfindən təpiklə döyülərək otaqdan çıxarılıb. Artıq zərərçəkən məsələ ilə bağlı rayon prokurorluğuna müraciət edib. Hadisənin anbaan görüntüləri təhlükəsizlik kameralarına da düşüb.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev