Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, hadisə Niyazoba kəndində qeydə alınıb.

Belə ki, Sahib Fərzəliyev aralarında baş vermiş münaqişə zəminində oğlu, 1994-cü il təvəllüdlü Bəxtiyar Fərzəliyevə bıçaqla xəsarətlər yetirib.

Yaralı xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca