MDB-yə din ixracı: hədəfdə müsəlmanlardır
20:00 19-07-2013
İQTİSADİYYAT
MDB-yə din ixracı: hədəfdə müsəlmanlardır
Moskva patriarxlığının yeni həmləsi nəyə hesablanıb?
Moskva patriarxlığı MDB-də qeyri-xristian xalqlar arasında İsanın təlimi fəal şəkildə yaymaq niyyətindədir. Rusiya mətbuatı xəbər verir ki, bununla bağlı müqəddəs sinodun bu yaxınlarda keçirilən iclasında "Rus provaslav kilsəsinin müasir xaricisi missiyası" haqqında sənəd qəbul edilib.
Qeyd edilir ki, bu günə qədər rus kilsəsi bu ölkəyə qazanc arxasınca gələn miqrantlar arasında xristian dinin yayılması missiyasını aparıb. Misal üçün ötən il miqrantların dil və mədəni uyğunlaşmasına həsr edilmiş Rus Pravoslav Kilsəsi və Federal Miqrasiya Xidmətinin birgə layihəsi prezident qrantını ala bilib.
Xüsusilə müsəlman ölkələrindən olanlar arasında aparılan bu iş istənilən effekti vermir, səmərəsiz olması ilə yanaşı, bəzi hallarda neqativ nəticələrə də səbəb olur. Lakin yeni sənəddə "xarici missiya" olaraq göstərilən bu istiqamət Rusiyaya gələnlər arasında deyil, bu ölkənin sərhədlərindən kənarda aparılacaq.
Hədəf: həm dindarlar, həm də dünyəvilər
Sənəddə göstərilir ki, "müxtəlif inanc tərəfdarları və müxtəlif dünyagörüş daşıyıcıları- bura həm dindarlar, həm də qeyri-dindarlar, yəni dünyəvilər daxildir- kiləsinin əsas hədəfidir. Bu fəaliyyətin nəticəsi olaraq kilsəyə yeni üzvlər qoşulmalıdır. Bununla yanaşı, planlaşdırılan fəaliyyət Rus Pravoslav Kilsəsinin təsir ərazisində daxil olan ölkələrin qeyri-xristian əhalisinin arasında da aparılacaq.
Rus Pravoslav Kilsəsinin Sinod informasiya bölməsinin İnformasiya-analitik idarəsinin (idarə etməsinin) başçısı Vaxtanq Kipşidze nəşrə açıqlamasında deyib ki, burda Orta Asiya regionu və Çin xüsusi yer tutur. Eyni zamanda, "missiya" anlayışları arasında incə bir hədd və "prozelitizm" (öz dininə döndərməyə çalışmaq-red) mövcuddur. Yəni başqa dinlərdə olanları öz tərəflərinə çəkməlidir.
Sənəddə qeyd olunur ki, Rus Pravoslav Kilsəsi öz missioner fəaliyyətində "müasir kontekstdə prozelitizm anlayışı" kimi metodlardan istifadə etmir.
V.Kipşidzenin sözlərinə görə, "prozelitizm" Kilsələrin Ümumdünya Məsləhət Şurası (VSS) çərçivəsində təyin edilir və bu vasitələrdə maddi amildən istifadə, təhsil məsələləri və ya öz dini inamları haqqında azad seçim edə bilməyən vəziyyətlərdə olan insanları cəlb etmə kimi metodlar birləşir.
Belə ki, "prozelitizm" prosesində metodlar müxtəlifdir: KİV vasitəsilə açıq xütbə, konsert zallarında çıxışlar, stadionlarda təbliğat, ədəbiyyatın yayılması, gənclərin təhsilinin maliyyələşdirilməsi, geniş formada humanitar yardımların göstərilməsi kimi vasitələr.
Kilsənin özünəməxsus metodları: uşaqlara iş, maddi yardımlar, yerli dillərdə ibadətlər
Bu metodlar Kilsələrin Ümumdünya Məsləhət Şurasının müəyyən etdiyi metodlardır. Rus Pravoslav Kiləsi isə özünəməxsus metodlardan istifadə etmək niyyətindədir. Bu metodlar sənəddə "Rus pravoslav kilsəsinin xarici missiyasının inkişaf istiqamətləri" adı altında qeyd olunur. Belə ki, bura pravoslav ədəbiyyatın tərcüməsi, qeyri-xristian xalqların dillərində xristianlıqla bağlı audio və videomaterialların hazırlanması, yerli dillərdə ibadətlərin edilməsi, pravoslavlıqla maraqlananlarla iş aparmaq, uşaq dairələri ilə işləmək, sosial dəstək qrupları yaratmaq, yerli sakinlər arasında böyüklər üçün maarifləndirici kursların təşkili, məbədlərlə bağlı fotosərgilər, həmçinin müqəddəs yerlərə ekskursiyaların keçirilməsi, yerli əhalinin inteqrasiyası kimi metodlar daxildir. Sənəddəki proqramlar və yeni icmaların yaradılması məsələlərində VSS-nin tövsiyələrinə zidd məqamlar var.
Çin narahatdır,
ilk hədəf Orta Asiya
Moskvada fəaliyyət göstərən Mərkəzi Elmi Şuranın əməkdaşı Karneqi Aleksey isə hesab edir ki, Rus pravoslav kiləsinin Mərkəzi Asiyada qeyri-rus əhalisinin arasında missiyanı necə aparacağını təsəvvür etmək çətindir: "Məncə burda şanslar sıfıra bərabərdir. Hətta Mərkəzi Asiyadan olan miqrantlar arasında işləyərkən də şanslar az idi ki, bu qurbanlara da gətirib çıxardı"-deyə K.Aleksey bildirib. Onun fikrincə, belə bir missiya yerli müsəlman ruhaniləri, eləcə də hökumət tərəfindən qəbul edilməyəcək, nəticə etibarilə etirazlara səbəb olacaq: "Həqiqətən də rus kiləsinin Moskvada miqrantlar arasında iş aparma təcrübəsi faciəvidir. Dörd il öncə pravoslav missionerlər məktəbinin banisi keşiş Daniil Sısoyev öz xütbəsinə görə, miqrant müsəlmanlar tərəfindən öldürülmüşdü. Düzdür hazırda miqrantlar arasında iş yenə də davam edir, amma bu, əvvəlki kimi fəal deyil".
Nəşr yazır ki, bu günlərdə Çində də xristian prozelitizminin sürətli artması ilə bağlı narahatlıq dilə gətirildi. Ehtimal ki, Rus Pravoslav Kilsəsi öz gücünü ilk növbədə Orta Asiya ölkələrinə yönəldəcək. Lakin nəzərə alınmalıdır ki, Orta
Asiyada pravoslav missionerlər təkcə müsəlman əhalisinin etirazı ilə deyil, həm də hakimiyyətin etirazı ilə qarşılaşa bilərlər. Bu da dövlətlərarası münasibətlərdə gərginlik yarada bilər.
Asif Nərimanlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20