AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 24 azərbaycanlının (3 ekipaj üzvü və 21 sərnişin) cənazəsi Qazaxıstandan Bakıya gətirilib.
"Unikal" xəbər verir ki, cənazələri daşıyan təyyarə Heydər Əliyev adına Beynəlxalq Hava Limanına eniş edib.
*** 23:02
Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin, eləcə də 21 sərnişinin cəsədi olan təyyarə Bakıya uçub.
"Unikal" xəbər verir ki, bu barədə Qazaxıstan mediası məlumat yayıb.
Təyyarə təxminən 40 dəqiqə sonra Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edəcək.
***18:25
AZAL-ın “Embraer-190” təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan 3 ekipaj üzvünün və 21 sərnişinin cənazəsi Bakıya gətirilir.
"Unikal"ın məlumatına görə, cənazələr yaxın vaxtlarda Bakıya AZAL-a məxsus təyyarə ilə çatacaq.
Qeyd edək ki, dekabrın 25-də baş vermiş qəzada hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, iki ekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədi gətirilib. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.