Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sabiq rəisi Raqif Abbasov barəsində cinayət işi başlanılıb.
"Unikal"ın məlumatına görə, Raqif Abbasov və idarənin maliyyə-iqtisadiyyat sektorunun müdiri Eldəniz Qulamov külli miqdarda mənimsəmədə ittiham edilir.
Cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb və başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məhkəmə prosesi hakim Eldar İsmayılovun sədrliyi ilə yanvar ayının 8-də keçiriləcək.
R.Abbasov və E.Qulamov həbsdə deyil, hər ikisi haqda məhkəməyə qədər alternativ qətimkan tədbiri seçilib.
Raqif Abbasov 179.4-cü (xüsusi külli miqdarda mənimsəmə) maddə ilə təqsirli bilinir.
Seymur Əli