Ağcabədidə yeni yerüstü piyada keçidi vətəndaşların istifadəsinə verilib.
Bu barədə “Unikal”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.
Məlumata görə, R-18 Mingəçevir-Stansiya Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun 104-cü km-də (Ağcabədi rayonu ərazisində) yeni yerüstü piyada keçidinin inşası yekunlaşıb. İki giriş-çıxışdan ibarət olan keçidin ümumi uzunluğu 29 metr, eni 3 metr, pilləkənlərin eni 3 metrdir.
Yol səviyyəsindən hündürlüyü 6 metr olan keçid metal konstruksiyalıdır.
Layihə çərçivəsində keçidin ətrafında abadlaşdırılma işləri görülüb.