Dekabrın 25-də "Azərbaycan Hava Yolları" QSC-yə məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində həlak olan Qusar rayon sakini, 2002-ci il təvəllüdlü Əli Əlimirzəyev rayonun Suduroba kənd qəbiristanlığında dəfn olunub.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisələrin nümayəndələri, rayon ictimayyəti və mərhumun yaxınları iştirak ediblər.

Təyyarə qəzasında Əli ilə birlikdə onun bacısı 2005-ci il təvəllüdlü Xədicə də həyatını itirib. 
X.Əlimirzəyevanın nəşi isə dakabrın 27-də Suduroba kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb.

Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. 

Xanlar Qaraca