Dekabrın 30-da ölkə ərazisində qeydə alınan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat Xidmətindən "Unikal"a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 33, o cümlədən borclu şəxs qismində axtarışda olan 15 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.  

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.